Siirler.Biz

ELNURƏ AĞAZADƏ-Ana laylası

28.10.2012

Dağdan aşan bulaq kimi,
Muğam üstə segah kimi,
Bilməm niyə həzin,niyə qəmli?
Beşik başında ana laylası.
***
Uzun gecələrin laylasıdır o,
Ayın ,ulduzların sirdaşıdır о,
Şirin yuxuların yolçusudur о,
Beşik başında ana laylası.
***
Nəğmələr içində kövrək nəğmədir,
Nəğmənin sehri sanki səsdədir,
Körpənin möhtacı sanki səsdədir,
Beşik başında ana laylası.
***
Beşikdə ağlayan körpənin səsi,
Təki ana laylasının möhtacı olsun.
Beşik başında ana laylası,
Arzumdur heç evdən əskik olmasın.

Etiketler:

Yorumlar

Henüz yorum yapılmamış.