ELNURƏ AĞAZADƏ-SƏNİ KİMSƏ MƏNİM QƏDƏR SEVƏ BİLMƏZ.
Sənə elə inanmışdəm ki,bir gün xəyanət edə biləcəyin hec ağlıma gələrdimi?Səni elə sevmişdim ki,bir gün nifrətə çevriləcəyini düşünərdimmi ? Sənə…Sənə elə bağlanmışdım ki,bir gün vüsalın hicran olacağını bilərdimmi? Doğurdanmı elə bilirsən əğyar mənim qədər səni… sevə bilər?…Heç kim ,heç vaxt heç zaman mənim qədər səni sevə bilməz.Məni səndən çox kimsə sevə bilər.Amma mənim qədər səni kimsə sevə bilməz.Bilirsənmi?Mən səni anan qədər sevdim… anan qədər.Mən səni sevdiyim gündən bu günə qədər hər gün hər saatının hər dəqiqəsində adın dodaqlarımdadır.Hər yerə adını yazıram,bir ağac budağına,bir dənizin sahilinə,yatağıma,yastığıma adını yazıram.Günəşə sən deyirəm,aya sən deyirəm,ulduza sən deyirəm.Səhəri sənlə açıram,gecə olur…Gecəyə səndən danışıram,səhər olur…Gülə səni bənzədirəm,yarpağa gözlərini,çiçəyə ətrini.
Xəstə oluram ağrılar ağrıtmır məni,yadıma sən düşürsən ağladırsan məni.Hər gün sənə dua edirəm…anan qədər.Bəlkədə anandan artıq.Uğurların çox olsun.Xoşbəxtlik sənlə olsun.De,bu qədər sevdimi əğyar səni? Gəncliyimi puç etdimi söylə mənə? Qara saçın ağartdımı söylə mənə? Cavan ikən qocaldımı söylə mənə? Kor etdimi səndən ötrü gözlərini söylə mənə?Səni sevdim anan kimi inan mənə.Bir az fəqli sevdim səni mən anandan.Səni anan dünyaya gətirdi.Mən səni gərdükdən sonra dünyaya gəldiyimi sandım.Anan sənə olan sevgisini sənə hiss etdirdi.Saçlarını oxşadı,gecələr yatağına yaxınlaşıb üzərini örtdü.Evə gəldiyin an çayını,yeməyini hazırladı.Evdən getdiyin zaman narahat oldu.Fəxr etdi sevincinə,göz yaşı tökdü kədərinə.Səni ananın sevgisindən xəbərdarsan,bu sevgidən bəxtiyarsan.Mən anandan bir az fərqli sevdim səni.Ananın toxundoğu saçlarına mən toxundum xəyalımda,röyalarda…Gecələr yatağına gəlib üzərini örtdüm bir ruh kimi.Xəyalımda sizin evin gəlini oldum.Evə gəldin ,çay dəmlədim…hazırladım yeməyini…bir köıgə tək izlədim evə gedib gəldiyini…Sən sevgimdən xəbərsizkən mən fəxr etdim sevincinə…uğuruna.Səni sevdim anan kimi.Bir az fərqli sevdim səni mən anandan.Mən sənsiz yaşadım.Həsrətinlə hər gün,hər saat yandım,yandım,hicranınla alovlandım.Hərr gün sənsiz ağladım…Anan sənsiz ağlamadı mənim qədər.Sənsiz yaşayıram.Sənsiz bitəcək ömür belə…İndi razısanmı? Heç kim heç zaman mənim qədər sevmədi səni,sevə bilməz.
Bir sozle desey suppppppppppppperrrrrrrrrrrrrrrrr
tvvk