MƏNƏ GƏRƏK DEYİL ARTIQ
Xəyanətə qurban etdin gözlərini,
Onlar mənim deyil artıq.
Dodaqların toxunubdur yad dodaqlara,
Mənə gərək deyil artıq.
Qəlbində mənim yerim vardı
Orda şahdım tacım vardı.
Öz evimdə yurdum talan,
İndi əğyar yuvasıdır,
İndi əğyar əlindədir,
Oyuncaqsan…anlamırsan
Mən bir uşaq deyiləmki,
Oyun mənlik deyil artıq.
Peşimansan nəyə dəyər?
Sevgimizi satmısan sən bir qul kimi,
Sən qəlbimi qırmısan bir oyun kimi,
Qəlbindəydim mən ki sənin
Atılmışam bir kənara əşya kimi
Bir zamalar yarın idim,canın idim
Gəncliyimi məndən alan,
Qara saça ağlar salan,
Düşmənimsən indi mənim
Yaman zərif qəlbim vardı
Daşa dönüb indi artıq.
Kimsən sən mənim üçün özün söylə?
Məndən məni alıb gedən,
Sevincimi zəhər edən
Sən kinimsən,nifrətimsən
Düşünərkən sən ölümsən,
Yaşaramsa mən dünyada
Ölüm mənlik deyil artıq
yəqinki həyatında sevgisindən kədər duyub.
bizim şairlər belə olur a.gör nə gözəl sözlərdir.ağlatmağı da bacarırlar.haladır
Elnura kabimden vurdun.aladım ya
ala…hayret…
çox duygusal
əladır
əladır